Dünya

KIRIM TATAR TÜRKLƏRİNİN SÜRGÜN OLUNMASINDAN 76 İL ÖTDÜ

Mey ayının bu həftəsi krım tatar türklərinin öz vətənlərindən sürgün edilməsi kimi xatırlanır. O, dəhşətli sürgündən indi 76 il keçir.
1944-cü il meyın 18-20-də Xalq Daxili İşlər Komisserliyi Moskodan alınan göstərişlə Krımın bütün tatar əhalisini vaqonlara dolduraraq Özbəkistana sürgün edib.
Nasistlərlə əməkdaşlıqda ittiham edilən tatar əhalisinin bu məcburi köçürülməsi bəşər təbid tarixində ən qısa müddətdə həyata keçirilmiş əməliyyatlardan biri sayılır.
1922-ci ildə Şura yaradılarkən Mosko krım tatarlarını Krım Muxtar Sovet Sosialist Cumhurisinin köklü əhalisi kimi tanımışdı.
1920-30-cu illərdə tatarlar bütün Krım əhalisinin yüzdə 25-30 –nu təşkil edirdi.
Lakin 1930-cu illərdən başlayaraq Şuranın başqa xalqlarına münasibətdə olduğu kimi krım tatarlarına da repressiv siyasət tətbiq olunmağa başladı.
Zorla köçürülmənin əsas hissəsi 1944-cü il meyin 18-də sübh çağı başlanıb meyın 20-də saat 16-da başa çatıb.
Krımdan demək olar ki, bütün tatar türklərinin – 238, 5 min insanı köçürülüb.
Bu gedişatı həyata keçirmək üçün 32 min əsgər cəlb olunmuşdu.
Təbidə səbəb isə bütün tatar əhalisinin dövlət xəyanətində ittiham edilməsi oldu. Onlar “sovet adamlarının kütləvi öldürülməsində və nasist işğalçılarla əməkdaşlıqda” ittiham edildilər.
Lakin tarixçilər sürgünün daha dərin səbəbləri olduğunu düşünür. Bu səbəblərdən biri də krım türk tatarlarının o vaxtlar Şuranın potensial rəqibi sayılan Türkiyə ilə yaxşı münasibətlərinin olması idi., Türkiyə ilə həmsərhəd Qafqaz rayonlarından başqa müsəlman etnikləri çeçenlər, inquşlar, qaraçaylılar və balkarlar da köçürülürdü.
1944-cü ilin meyində alman dəstələrində xidmət edən krım tatarlarının əksəriyyəti Almaniyaya çəkildi. Beləliklə, sürgün olunanların əksəriyyəti yarımadada yaşayan qadınlar və uşaqlar oldu.
Silahlı qulluqçular tatar türklərinin evlərinə daxil olur və vətənə xəyanət etdiklərinə görə Krımdan köçürüldükləri onlara elan edilirdi.
Əşyalarını yığmaq üçün onlara 15-20 dəqiqə vaxt verilirdi. Rəsmi qaydada hər ailəyə 500 kiloqrama qədər yük götürmək icazəsi verilmişdi. Əslində isə bundan daha az götürməyə imkan yaradırdılar. Bəzən isə onlar heç nə götürə bilmirdilər.
Adamları yük maşınlarında dəmir yolu dayanacaqlarına gətirirdilər. Oradan şərqə doğru qapı-pəncərələri mıxlanmış 80 yük qatarı göndərilmişdi.
Yol boyunca əksəriyyəti uşaqlar və qocalar olmaqla 8 min insan tələf olmuşdu. Ölümün əsas səbəbi susuzluq və yatalaq mərizliyi idi.
Bəzi adamlar iztirablara dözməyərək ağıllarını itirirdilər. Tatar türklərinin Krımda qoyub getdikləri bütün mülkiyyəti dövlət müsadirə etmişdi.
Onların əksəriyyətini Özbəkistan, Qazaxıstan və Tacikistana köçürmüşdülər. Bəzi kiçik qruplar Ural və Rusiyanın Kostroma vilayətlərinə düşmüşdü.
Köçürülmənin ilk üç ili ərzində əhalinin yüzdə 20-dən 46 -dək hissəsi aclıq, üzüntü və mərizlikdən ölmüşdü.
Deportasiyon ilk ilində ölənlərin yarısı 16 yaşınadək uşaqlar idi.
Tatarların böyük əksəriyyətini xüsusi qorunan tikanlı məntəqələrdə yerləşdirmişdilər. Köçürülənlər ucuz işçi qüvvəsi idilər və onlar pambıq tarlalarında çalışır, şaxta, tikinti və fabriklərdə işləyirdilər.1948-ci ildə Moskva krım tatarlarını ömürlük köçkün kimi tanıdı. İcazə olmadan, ərazidən çıxan tatarları 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyirdi.
Köçkünlərin uşaqları özbək və rus dillərində təhsil ala bilərdilər, lakin onların tatarca öyrənmələri qadağan idi.
BBC-nin yazdığına görə 1957-ci ilədək krım tatarlarının dilində olan bütün nəşrlər qadağan edilmişdi. Böyük Sovet Ensiklopediyasından krım tatarları barədə məqalə çıxarılmışdı.
Bu milliyyəti pasportlara yazmaq da qadağan olunmuşdu.
Krımın əvvəllər əsasən tatar türkləri yaşayan cənub hissələri boş qalmışdı.
Tatarlar üçün yaşayış məskənlərinin xüsusi rejimi 1950-ci illərin ikinci yarısında Xruşşovun stalinsizləşdirməsinədək davam etdi.
Həmin vaxtlarda sovet hökuməti onların həyat şəraitini yüngülləşdirdi, lakin dövlət xəyanəti ittihamı götürülmədi.
1950-60-cı illərdə tatarlar öz tarixi vətənlərinə qayıtmaq üçün mübarizə aparırdılar. Onlar bu məqsədlə Özbəkistan şəhərlərində nümayişlər də keçirirdilər.
Tədricən Krım tatarları öz hüquqlarını genişləndirə bilmişdilər, lakin Krıma qayıtmaq üçün qoyulan qadağan qeyri-rəsmi qaydada 1989-cu ilə qədər qaldırılmamışdı.
Növbəti dörd il ərzində Şurəvidə yaşayan 250 min krım tatarının yarısı yarımadaya qayıtmışdı.
Krımın köklü əhalisinin öz doğma yurduna qayıtması mürəkkəb proses idi və tatarların torpaqlarında sonralar məskunlaşmış yerli əhali ilə münaqişələr baş verirdi. Buna baxmayaraq böyük münaqişədən yan keçmək mümkün olmuşdu.
Krım tatarları üçün yarımadanın 2014-cü ildə Rusiya tərəfindən ilhaqı yeni sınağa çevrildi. Onların bəziləri təqiblərdən çəkinərək Krımı tərk etməli oldular.
Krım tatarlarının liderləri Mustafa Cəmilevin və Refat Çubarovun Krıma gəlməsini isə Rusiya hökuməti qadağan etmişdi.
Bəzi tədqiqatçılar hesab edirlər ki, tatarların deportasiyonu Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş soyqırım anlayışına yuğun gəlir.
2006-cı ildə Krım tatar xalqının qurultayı Ukraynın Ali Radasına deportasiyonun soyqırım kimi tanınması üçün müraciət etmişdi.
Buna baxmayaraq, əksər tarixi əsərlərdə və diplomatik sənədlərdə krım tatarlarının köçürülməsi soyqırım yox, deportasiyon adlanır.
Şurəvilər isə bunu “köçürülmə” adlandırırdılar.

Related Articles

Bir cavab yazın

Back to top button