İran

Məhəmməd Duci həbsxanada işgəncə verilərək qətlə yetirilib

İranda türkmən məhbus Məhəmməd Duci zindanın əfsər nigəhbanının işgəncəsi nəticəsində həyatını itirib. Olay ilə bağlı Türkmənsəhra bölgəsinin insan haqları fəalları məlumat veriblər. Bildirilib ki, novambrın 18-i səhər saatlarında gənc məhbus zindan işçiləri tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilib.
Qorgan ustanının Əmirabad zindanının adının açıqlanmasını istəməyən Həsən ləqəbli məhbuslarından biri Türkmənsəhra bölgəsinin insan haqları fəalları ilə danışığında zindanda qarşıdurma baş verdiyini bildirib. Onun sözlərinə görə, zindanın əfsər nigəhbanları Məhəmməd Ducini cəzalandırmaq üçün paltarını çıxarıb, əllərini və ayaqlarını qandallayıblar. Daha sonra isə onu soyuq havada zindanın damından sallayaraq huşunu itirənədək döyüblər. Onu tənbeh etmək üçün üstünə soyuq su töküldüyünü deyə məhbus bunların hamısının başqa məhbusların gözləri qarşısında edildiyini dilə gətirib. Məruz qaldığı işğəncələrə dözməyən Məhəmməd Duci yerindəcə keçinib.
Həsən ləqəbli məhbusun verdiyi məlumata görə, bu gündən etibarən zindanda əmniyyət tədbirləri gücləndirilib və zindanın müdiriyyəti məhbuslara bir sıra məhdudiyyətlər qoyub. Eləcə də həbs müddəti başa çatmış məhbuslara zindanı tərk etmək icazəsi verilməyib.
Qeyd edək ki, 19 yaşlı Məhəmməd Duci Türkmən Səhra bölgəsinin Ağqala şəhristanının Odak Duci kəndinin sakini olub

Related Articles

Bir cavab yazın

Back to top button