Azərbaycan

Kürdə suyun səviyyəsi sürətlə azalır

Kür çayında suyun səviyyəsi çoxlu azalıb. Son günlər çayda suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb. Bu durum daha çox Kürün Salyan şəhristanı ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, son bir neçə gündə çayın şəhristan ərazisindən keçən hissəsində suyun səviyyəsi 1,7 metr aşağı düşüb. Nəticədə Kürün müxtəlif yerlərində adacıqlar əmələ gəlib. Mütəxəssislər hesab edir ki, çayda enmələr bu gedişlə davam etsə, yaz və yay aylarında əkin sahələrinin suvarılmasında yenidən çətinliklər yarana bilər.

Related Articles

Bir cavab yazın

Back to top button