DünyaİranSiyasət

Lavrov ABŞ-ın İrana qarşı addımlarını pislədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İrana qarşı son addımlarını şərh edərək, Birləşmiş Ştatların bir ölkəni boğmaq üçün dünyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməməyə məcbur etdiyini qeyd edib.

Aznews.tv-nin verdiyi məlumata əsasən, onun sözlərinə görə, zənginləşdirilmiş uran və ağır su ilə bağlı İran üçün müəyyən edilmiş limitlər anlaşma əsasında əldə edilmişdi. İran bu illər ərzində limitdən artıq qalan uran və ağır suyu xaricə sataraq anlaşmaya riayət edirdi.

“Lakin ABŞ digər ölkələrə İrandan artıq qalan uran və ağır suyu almağı qadağan edib.

Göz-görə bir ölkə başqa ölkəni boğmaq üçün dünyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməməyə məcbur edir”, -deyə Lavrov əlavə edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button