İran

Amerikanın özəl şirkətinə məxsus tanker İrana qarşı neft sanksiyalarını pozmaqda ittiham olunur

"Aznews tv" xəbər verir ki, bu barədə "Associated Press" xəbər ajansı fevralın 17-də məlumat yayıb.

Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən özəl şirkətlərdən birinə məxsus tanker İran neftini qeyri-qanuni daşımaqla bu ölkəyə qarşı tətbiq edilmiş neft sanksiyalarını pozmaqda günahlandılıb.

“Aznews tv” Telegram kanalı xəbər verir ki, bu barədə “Associated Press” xəbər ajansı fevralın 17-də məlumat yayıb.

Bildirilir ki, “Nüvə İranına Qarşı Birlik” qrupu 160 milyard dollarlıq “Oaktree” investisiya şirkətinə yazdığı məktubda bu ittihamı irəli sürüb.

Məlumata görə, peyk görüntüləri və tankerin izləmə məlumatları gəminin keçən həftə Sinqapur sahillərində olduğunu və gəmidən gəmiyə xam neft daşındığını göstərir.

Sonda hesabatda qeyd edilib ki, İran Amerika sanksiyaları altında olsa da, milyardlarla dollarlıq xam neft satdığını iddia edir.

Related Articles

Bir cavab yazın

Back to top button