Azərbaycan

Təbrizdə təqaüdçülər etiraza qalxdı

Aksiyaçılar bundan öncə uzun müddətdir irəli sürdükləri istəklərinin yerinə yetirilmədiyini bildiriblər.

Aprelin 24-də Təbrizdə təqaüdçülər növbəti dəfə etiraz aksiyası keçirib və bundan öncə uzun müddətdir irəli sürdükləri istəklərinin yerinə yetirilmədiyini bildiriblər.

Təbrizdə Şərqi Azərbaycan Sosial Rifah İdarəsinin qarşısına toplaşan etirazçılar “nə məclis. Nə dövlət xalqı düşünmür” kimi şüarlar səsləndirib, hökumətin onların problemlərinə laqeyd yanaşdığını deyiblər.

Onlar maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını deyiblər.

Qeyd edək ki, bu cari ildə təqüdçülərin çox saylı aksiyalarının davamıdır və Təbrizlə yanaşı onlarla şəhərdə, o cümlədən Ərdəbil, Urmu, Qəzvin, Həmədan, Tehran, Kərəc, Məşhəd şəhərlərində də oxşar istəklərlə etiraz aksiyaları keçirilib

Təbrizdə təqaüdçülər etiraza qalxdı

Related Articles

Bir cavab yazın

Back to top button