Azərbaycanİran

Məlikan və Tehranda 7 azərbaycanlı fəal həbs edilib

Milli fəallardan altısı Məlikanda, biri isə Tehranda saxlanılıb.

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəalların verdiyi məlumata görə, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmədi və Əkbər Fəthi adlı fəallar həbs ediliblər.

Bildirilir ki, Tehranda həbs edilən Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhərinin həbsxanasına köçürülüb.

Fəalların həbsinin səbələri barədə dəqiq məlumat əldə etmək mümkün olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button