İran

İranın üç futbol klubu Asiya Futbol Çempionları Liqasından çıxarıldı

Sözügedən üç klubun dosyeləri baxılması və məsələ ilə bağlı tədbir görülməsi üçün Futbol Konfederasiyasının İntizam və Etik Komitəsinin Katibliyinə göndərilib.

Asiya Futbol Konfederasiyası İranın “Persepolis”, “Esteqlal” və “Qol Qohər Sircan” futbul klublarının peşəkar lisenziyalarının olmaması səbəbi ilə Asiya Futbol Çempionları Liqasının bu ilki yarışlarından çıxarılması ilə bağlı məlumat yayıb.

“Aznews tv”ın xəbərinə görə, sözügedən konfederasiya bildirib ki, “Qol Qohər Sircan” futbul klubu tərəfindən təqdim edilmiş əlavə sənəd də konfederasiya tərəfindən qəbul edilməyib.

Sözügedən üç klubun dosyeləri baxılması və məsələ ilə bağlı tədbir görülməsi üçün Futbol Konfederasiyasının İntizam və Etik Komitəsinin Katibliyinə göndərilib.

Qeyd edək ki, Asiya Futbol Konfederasiyası daha öncə sözügedən hər üç kluba lazımi lisenziyalarının olmaması və nöqsanları aradan qaldırmaları ilə bağlı xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Back to top button