Azərbaycan

Daha 17 ailə Laçına yola salınıb

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Laçına daha 17 ailə – 63 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da, Laçın şəhərində 363 ailənin, yəni 1 389 nəfərin daimi məskunlaşması təmin edilib.

Related Articles

Bir cavab yazın

Back to top button