İran

Mərkəzi vilayətdə koronavirus məhdudiyyətlərinin müddəti uzadılıb

Güney azərbaycanın Mərkəzi vilayətinin ustandarı Seyid Əli Ağazadənin verdiyi məlumata görə, bölgədə koronavirus məhdudiyyətlərinin müddəti uzadılıb. Belə ki, mehrin 26-dan abanın 2-dək tətil elan edilir və bu müddətdə heç bir mədrəsədə hüzuri dərslərin tədrisinə icazə verilmir. Seyid Əli Ağazadə vurğulayıb ki, ustan idarələrinin fəaliyyətləri gələn həftədən davam etdiriləcək və müdirlər nəzarət etməlidirlər ki, işçilərin ancaq üçdə ikisi idarədə olsun. Qurum məsulu mask taxılmasının icbari olduğunu, parklarda toplaşmanın qadağan edildiyini də diqqətə çatdırıb. Qeyd edək ki, uşaq bağçaları, başqahlar və idman salonlarının gələn həftə fəaliyyət göstərməsi qadağandır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close