İran

Məhəmməd Cavad Azəri Cəhromi Məhkəməyə çağırılıb

İrtibatat və Teknoloji vəziri Məhəmməd Cavad Azəri Cəhromi Fərhəng və media Məhkəməsinə çağrılıb. Onun baş dadsitan tərəfindən elan edilən cürm və “Seda və Sima” Radioteleviziyon Təşkilatının şikayəti ilə çağrıldığı bəlli olub. Baş dadsitandan verilən bilgilərə görə, vəzir instaqram kanalının filtrinq edilməsi ilə bağlı məhkəmə qərarlarını yerinə yetirməkdən imtina edib. Habelə Milli Sayberi Fəza Mərkəzinin müdirinin beynəlxalq bandı azaltmaq, xarici messencerləri məhdudlaşdırmaq haqqında qərarlarını icra etməyib. İrtibatat vəzirinə qarşı şikayətlərdən biri də İranın Sayberi Fəza Ali Şurasının qərarlarının yerinə yetirilməməsidir. “Seda və Sima” Təşkilatı isə vəziri 700 və 800 bandlarının geri alınması ilə bağlı açıqlamalarına görə məhkəməyə verib. Bildirək ki, Əli Xameneiyə yaxın şəxslər dövləti Milli İttilaat Şəbəkəsinin yaradılmaması ilə bağlı tənqid edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button