Dünya

Məhəmməd Cavad Zəriflə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

İranın xarici işlər vəziri Məhəmməd Cavad Zərif yaxın günlərdə Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyini bildirib. O, səfərlərin tarixlərinin bəlli edildiyini deyib. Vəzir Türkiyə ilə də danışıqların aparıldığını bəyan edib. “Dünən gecə Türkiyənin xarici işlər vəziri Mövlud Çavuşoğlu ilə telefon danışığım oldu. Türkiyə səfərinin vaxtını da təyin edəcəyik. Fikrim budur ki, Dağlıq Qarabağ böhranına, bölgədə barış və sabitliyin bərqərar edilməsinə yardım üçün əməkdaşlıq edəcək ölkələrə səfər edim”, – deyə Zərif qeyd edib. Bildirək ki, İran Qarabağ savaşı dönəmində ziddiyətli açıqlamalar edib. Bu üsulla həm Azərbaycan, həm də Ermənistanın razılığını almağa çalışıb. Qarabağ böhranının Ermənistanın işğalı ilə başlamasına baxmayaraq, İran Ermənistanın yanında yer alıb. Buna misal olaraq, İranın Ermənistana iqtisadi, siyasi və nizami dəstək verməsini qeyd edə bilərik. Savaşda Azərbaycanın zəfər çaldığını görən İran münasibətləri yaxşılaşdırmağa və Qarabağın yenidən qurulmasında iştirak etməyə çalışır.

 

Related Articles

Bir cavab yazın

Back to top button