Azərbaycanİran

Məhbus fəalın atası müraciət etdi: Oğlumun taleyi barədə məlumat verilmir

Oktyabrın 1-də Tehranda həbs edilən təbrizli fəal İbrahim Əvəzzadənin atası Həmid Əvəzzadə müraciət yayıb.

O, oğlunun həbs edilməsindən keçən 11 gün ərzində onun taleyi barədə heç bir məlumat ala bilmədiyini deyib.

“Nə telefon əlaqəsi saxlamağa imkan yaradılır, nə də onun barəsində dəqiq məlumat verilir.

Məmurlar zəng edib, qızımın qardaşının döyülməsi və həbs edilməsi barədə paylaşımına görə məni təhdid edirlər. Deyirlər ki, sosial mediada paylaşılan məlumat silinməsə, qızın da saxlanılacaq”, – deyə Həmid Əvəzzadə təhlükəsizlik məmurlarının təzyiqlərindən danışıb.

Fəalın atası İran hökuməti və məhkəmə sisteminin oğlunun həyatı və taleyi ilə bağlı məsuliyyət daşıdığını söyləyib.

Qeyd edək ki, İbrahim Əvəzzadə oktyabrın 1-i səhər saatlarında Tehranda bacısının evində həbs edilib.

İbrahim Əvəzzadənin həbs səbəbləri və harada saxlanılması barədə məlumat verilmir.

#millifeal

Related Articles

Bir cavab yazın

Back to top button