İran

Mərənddə 12 min ton buğda alışı həyata keçiriləcək

Mərənddə 12 min ton buğdanın alınacaq. Bu barədə Mərənd fərmandarı Davud Gərşasbi məlumat verib. Onun sözlərinə görə, ötən il vilayət əkinçilərindən 1600 ton buğda alınıb. Bu il isə həmin göstəricinin 12 min ton olacağı ehtimal edilir. Məlumata görə, buğdanın zəmanətli alış qiyməti hər kilogirəm üçün 5 min tümən nəzərdə tutulub. Davud Gərşasbi bildirib ki, hazırda məhsul alışı üçün lazımi tədbirlər görülür.
Qeyd edək ki, vilayət üzrə buğdanın əsas alış mərkəzləri Mərənd, Yamçı, Köşksaray şəhərləri, habelə Əl-Nəcəq, Bəhram, Yekanat və Hərzəndat kəndləri hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button