İran

Məşhəddə gizli toplantı: Rejim repressiyalara hazırlaşır

İranın yüksək rütbəli təhlükəsizlik zabitləri və SEPAH komandirlərinin iştirakı ilə Məşhəd şəhərində qapalı iclas keçirilib. Məxfi toplantıda İran rəhbəri Əli Xameneinin ofisinin rəhbəri Məhəmməd Məhəmmədi Qolpayqani də iştirak edib.

Bu barədə İran mediası bir neçə gün gecikmə ilə məlumat yaysa da, təfərrüat barədə geniş açıqlama verilməyib.

Görüş barədə verilən məlumatlarda adı çəkilən qurumların qarşıdakı etiraz aksiyalarını yatırmaq üçün “vahid strategiya” tərtib etdikləri və ortaq qərargah yaratdıqları bildirilir.

İran rəhbəri Əli Xameneinin məsələ ilə bağlı mesajında isə dolayısı ilə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi və SEPAH arasındakı ixtilaflara toxunulur. Rəhbərin mesajında bu ixtilafların bundan öncəki etiraz aksiyalarının uzanmasına səbəb olduğu vurğulanır:

“Təhlükəsizlik və kəşfiyyat ölkənin ən vacib məsələlərindən biridir və kəşfiyyat sistemləri ilə bağlı zəif tərəflərimizdən biri də bu qruplar arasında anlaşmanın olmamasıdır”.

Related Articles

Bir cavab yazın

Back to top button