Dünya

Maduro: “Mənim qətlim üçün snayperlərin axtarışı gedir”

Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, Amerika prezidenti Donald Tramp onun qətlini bəyənib. Venesuela rəhbəri “indi bunu edə biləcək snayperlərin axtarışı gedir”, – deyə bildirib. Məsələ ilə bağlı Nikolas Maduro “Twitter”də canlı yayımda deyib:
“Mən ən kobud təcavüzün qurbanı idim. Amerika hökuməti mənim başım üçün 15 milyon dollar təklif etdi. Donald Tramp mənim qətlimi bəyəndi. Mən şişirtmirəm, onlar məni öldürmək üçün Venesuelaya snayperlər qrupunu göndərməyə və ya Venesuelada muzdlu snayperləri sifariş verməyə çalışırlar. Donald Tramp bu barədə qərar verib”.
Bu ilin yazında Amerikanın Ədliyyə Vəzirliyi Nikolas Maduronun və ölkənin 14 vəzifəli şəxsinin uyuşdurucu vasitələrin ticarətinə cəlb olunduqlarını iddia edib. Nəticədə onların ünvanına ittihamlar irəli sürülüb. Dövlət dəftəri Maduroya görə 15 milyon dollar ödül elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button