Azərbaycanİran

Makulu millət vəkili: “Urmiya gölünün bərpa işi Allaha qalıb”

Qərbi Azərbaycan əyalətinin Çaldıran, Maku və Poldəşt şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Əlipur Urmiya gölündə ekoloji vəziyyətin faciəli olduğunu deyib.

Əlipur gölün tamamilə quruduğunu, bir neçə kiçik hissədə az miqdarda su qaldığını və payız yağıntılarının normal olacağı təqdirdə su miqdarının nisbi artacağını söyləyib.
“İş bizim əlimizdən çıxıb və artıq Allahın ümidinə qalıb”, – deyə millət vəkili ekoloji vəziyyətin fəlakət səviyyəsinə çatdığını bildirib.

Məhəmməd Əlipur parlament seçkiləri ərəfəsindəki təbliğat-təşviqat kampaniyasında Urmiya gölünün bərpası ilə bağlı seçicilərə söz vermişdi.

Qeyd edək ki, Urmiya gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Ancaq gölün hazırkı sahəsi təxminən 500 kvadrat kilometrə qədər kiçilib, su həcmi isə 600 milyon kubmetrdən azdır.

Related Articles

Bir cavab yazın

Back to top button