Dünya

Malayziya İsrail gəmilərinə qadağa tətbiq edib

Malayziya HƏMAS-İsrail münaqişəsinin fonunda İsrailin ZIM gəmiçilik şirkətinə liman infrastrukturundan istifadə etməyi qadağan edib.

Aznewstv bu barədə “New Straits Times” qəzetinə istinadən xəbər verir.

Malayziyanın Baş naziri Ənvər İbrahimin sözlərinə görə, ölkənin Nəqliyyat Nazirliyi şirkətin fəaliyyətinə daimi qadağa tətbiq etməklə təcili tədbirlər görmək niyyətindədir: “Eyni zamanda, hökumət İsrail bayrağı altında üzən gəmilərin ölkə limanlarına buraxılmaması barədə qərar qəbul edib. Bundan başqa, İsrailə gedən istənilən gəmilərə Malayziya limanlarında yük yükləmək qadağandır. Bu məhdudiyyətlərin hər ikisi dərhal qüvvəyə minir”.

“Əminik ki, bu qərar Malayziyanın ticarət fəaliyyətinə təsir etməyəcək”, – o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button