Site icon Aznews TV

Marağa zindanında saxlanılan milli fəallar sərbəst buraxılıb

Onlar girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

İran məhkəmə sistemi rəsmiləri fəallara qarşı sürülən ittiham barədə açıqlama verməyib.

Ümid Ağacani 20 noyabr axşam saatlarında işdən evə qayıdarkən təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Ümidin yaxınlarının dediyinə görə, o, heç bir aksiyaya qoşulmadığı halda onu etiraz aksiyalarının liderlərindən biri olduğu barədə ondan məcburi etiraf almaq istəyirlər.

Exit mobile version