Azərbaycanİran

Marağa zindanında saxlanılan milli fəallar sərbəst buraxılıb

Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan Ümid Ağacani və Məlikan şəhərindən olan Mehdi Kərimi adlı milli fəallar Marağa şəhərinin zindanından azad ediliblər.

Onlar girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

İran məhkəmə sistemi rəsmiləri fəallara qarşı sürülən ittiham barədə açıqlama verməyib.

Ümid Ağacani 20 noyabr axşam saatlarında işdən evə qayıdarkən təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Ümidin yaxınlarının dediyinə görə, o, heç bir aksiyaya qoşulmadığı halda onu etiraz aksiyalarının liderlərindən biri olduğu barədə ondan məcburi etiraf almaq istəyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button