İran

İranda koronavirusdan ölənlərin sayı 4 000-i ötdü

İranda daha 121 nəfər koronavirusun qurbanı olub.

Aznews.Tv xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 4 003 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 997 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 67 286 nəfərə çatıb.
K.Cahanpur həmçinin 29 812 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
İran Səhiyyə Nazirliyinin sözçüsü 3 956 pasiyentin də vəziyyətinin ağır olduğunu söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button