Dünya

Mayk Pompeo İsrailə səfər edib

Amerikanın Xarici İşlər vəziri Mayk Pompeo İsrailin Covlan yüksəkliklərinə səfər edib. O, eləcə də Ordon çayının Qərb Sahillərində israillilərin yaşadıqları şəhərcikləri də ziyarət edib.

Amerika rəsmisi abanın 29-da Benyamin Darvazası adlanan və Qərb Sahilində yerləşən Şaar Benyamin şəhərciyində olub.
Pompeo İsrailin Xarici İşlər vəziri jeneral Qabi Aşknazi ilə birlikdə İsrail tərəfindən İranın Suriyada yerləşən hədəflərə hava və yerdən hücumları yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Amerikanın Xarici İşlər vəziri şəhərcikləri ziyarət edərkən burada hazırlanan məhsulların “İsrail malı” etiketi ilə tanıdılacağını açıqlayıb.
Qeyd edək ki, bundan öncə həmin məhsullar xarici alıcılara sadəcə yəhudilərin yaşadığı şəhərciklərdə tolid olunan məhsullar qismində təqdim olunurdu.
İsrail mediasının verdiyi məlumata görə, Benyamin Natenyahu Mayk Pompeonun səfəri zamanı yəhudilərin yaşadıqları şəhərciklərdə minlərlə evin tikilməsinə razılıq verilməsini istəyib.
Mayk Pompeo səfəri zamanı bildirib ki, Amerika BDS adı ilə tanınan Filistinliləri Himayə Hərəkatını “yəhudilərə qarşı olan” bir qrup kimi tanıyacaq. Bununla da təhrim olunaraq amerikalıların bu qrupla ilgilərinin qadağan ediləcəyi açıqlanıb.
Bildirək ki, BDS adı ilə tanınan Filistinliləri Himayə Hərəkatı “filistinlilərin haqlarının gerçəkləşməsi” şüarı ilə Avropa, Amerika və dünyanın sair yerlərində fəaliyyət göstərməklə İsrailin baykot olunması, İsraildə sərmayə yatırımlarının edilməməsini tələb edir

Related Articles

Bir cavab yazın

Back to top button