Dünya

Mayk Pompeo Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşüb

Amerikanın xarici işlər vəziri Mayk Pompeo azərin 2-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman ilə görüşüb. Neum şəhərində keçirilmiş görüşdə Orta Şərqdəki son durum, ikitərəfli həmkarlığı gücləndirmə yolları müzakirə edilib. Habelə İranın bölgədəki pis-niyyətli əməllərinin qarşısını almaqla ilgili fikir mübadiləsi aparılıb. Görüşdə Səudiyyə Ərəbistanının xarici işlər vəziri Feysəl Bin Farhan, Amerikanın bu ölkədəki səfiri Con Əbi Zeyd də şirkət ediblər.
Pompeo səfəri zamanı “Əl-Ərəbiyyə” kanalına müsahibə verib: “Bölgənin İran tərəfindən təhlükəyə salınmasına baxmayaraq, Vaşinqton sülhə çatmaq təlaşalarını davam etdirəcək. Amerikanın İrana qarşı siyasətləri dəyişməzdir. Bütün ölkələr İranın onlara qarşı ortaq təhlükə olduğunu başa düşüblər. Amerika dövləti Orta Şərqdə stratejisinin bir hissəsi olaraq İranın cəhdlərinin qarşısını almaq üçün güclü bir etilaf yaradır. İraqlılar göstərdi ki, İran rejiminə tabe olmaq istəmirlər”,-deyə o, bildirib. Vəzir “Əl-Kazimi hökumətinin Tehrana bağlı yaraqlılara qarşı hansısa işlər görəcəkmi” sualına cavab olaraq deyib: “İrana bağlı yaraqlılara qarşı işlər sonrakı mərhələlərdə görüləcək”.

Related Articles

Bir cavab yazın

Back to top button