İran

Meşginşəhrdə sel suları ev və mağazaları basıb

Güclü yağışlar nəticəsində Meşginşəhrdə evləri və mağazaları su basıb.
Belə ki, şəhristanda mehrin 13-ü axşam yağan güclü yağışdan sonra, bu şəhərin küçələrinin, məhəllələrinin və şəhristanın kəndlərinin bir bölümünü su basıb.
Nəticədə Meşginşəhrin Həsənəli Dərəsi, Nuşun Dərəsi və Qiyam məhəlləsi kimi bölgələrdə ev, o cümlədən elektrik ləvaziminə xəsarətlər dəyib.
Meşginşəhr şəhristanının məqamları və bu şəhristanın Böhranın İdarə Olunması Sitadı bildiriblər ki, yanğınsöndürmə, eləcə də Qızıl Aypara qüvvələri mağazalardan suyun boşaldılması üçün şəhristanın müxtəlif bölgələrinə göndəriliblər.

Related Articles

Bir cavab yazın

Back to top button