Dünya

Metyu Brayzadan Azərbaycan-Ermənistan məsələsinə münasibət

Avropada əmniyyət və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun Amerikadan olan keçmiş həmsədri Metyu Brayza Azərbaycan-Ermənistan məsələsinə münasibət bildirib. O, Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibənin başlanacağını gözləmədiyini açıqlayıb. Onun fikrincə, bunu tərəflərin heç biri, hətta Rusiya da istəmir. Keçmiş amerikalı diplomat hesab edir ki, Avropada əmniyyət və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu daha münaqişənin nizamlanmasına vasitəçilik edə bilmir.
“Azərbaycan-Ermənistan mərzində baş verənlər artıq Avropada əmniyyət və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun vəzifəsindən kənardadır. Minsk Qrupunun görəvlisi yalnız Azərbaycan ərazisində Dağlıq Qarabağla bağlı baş verənləri əhatə edir. Azərbaycan-Ermənistan mərzi boyunca gərginliyin azalması üçün yeni bir vasitəçiyə ehtiyac var. Bu, Minsk qrupu olmayacaq. Təəssüf ki, bu, Amerika da olmayacaq. Mənim vaxtilə təmsil etdiyim müdiriyyət dövründə, bu, baş verə bilərdi. İndi isə bir diplomatik boşluq var və məncə, bu boşluğu Türkiyə və Rusiya doldurur. Ankara Bakını, Mosko isə İrəvanı dəstəkləyir. Ümid edirəm ki, Rusiya və Türkiyə hərəsi öz dostunu inandıra biləcək ki, yenidən danışıqlar masasına əyləşsinlər və gərginlik azalsın”, – deyə Metyu Brayza söyləyib.
Metyu Brayza hesab edir ki, Paşinyan hökumətinin işğal olunmuş ərazilərdə Lübnandan və Suriyadan qaçqınlar yerləşdirməsi beynəlxalq hüququn pozulmasıdır.
“Ermənistanın Lübnanda, Suriyada təhlükəli durumda olan ermənilərə kömək etmək istəyi, onların qayğısına qalması çox gözəldir. Amma Dağlıq Qarabağ Ermənistan deyil. İşğal olunmuş yeddi ustan ermənistan deyil”, – deyə o, əlavə edib.
Metyu Brayzanın fikrincə, Dağlıq Qarabağda ermənilərin yerləşdirilməsi yeni istedaddır. Buna görə, Azərbaycan hakimiyyəti Ermənistanı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinə verə bilər. Onun fikrincə, Azərbaycan bu işi məhkəmədə udsa, baş verənlərin bütün mövzu xətti dəyişəcək.

Related Articles

Bir cavab yazın

Back to top button