İran

MİLLƏT VƏKİLİNİN SAXTA MƏDRƏKİ İLƏ BAĞLI MƏSƏLƏ BÖYÜYÜR

Bilim vəzirliyi Millət vəkilinin saxta mədrəkinə açıqlama verdi

Bilim vəzirliyi Millət vəkilinin saxta mədrəkinə açıqlama verdi
Dövlətdən asılı olmayan Ali öyrətim muəssisəsinin baş müdürü Fərzanə şimrani deyib ki, Təfreş şəhərinin millət vəkili Sina kəmalxaninin təhsil mədrəki etibarsızdır. O eləcədə mədrəki sadir edən muəssisənin də gerçək olmadığını bildirib.

Şimiraninin dediyinə görə Ali öyrətim mərkəzlərinin listi Bilim vizarətinin saytında mövcuddur və hər kəs buradan listləri izləyə bilər.

Millət vəkilinin iddia etdiyi mərkəzin nə varlığı var nə də bu mərkəz barəsində vizarətdə sabiqə və ya pərvəndəsi –deyə o vurğulayıb.

Mərkəzin məcazi olması barədə iddalara gəlincə Şimirani bütün ölkədə yalnız 7 mərkəzin məcazi olaraq fəaliyyət göstərdiyini deyib. İddia olan mərkəz isə bu listdə yoxdur.

Xatırladaq ki, millət vəkilinin sosyoloji mədrəkinin saxta olması Ordibeheştin 10-da nigəhban şurası tərəfindən də təid olub.

Qeyd edək ki, Kəmalxani Karşinasi ərşəd mədrəki ilə yüdə 37 rəylə, 11-ci məclisin millət vəkili seçilibdir.

Related Articles

Bir cavab yazın

Back to top button