İran

MİLLƏT VƏKİLLƏRİNİN TELEFONLARI İZLƏNİLMƏLİDİR

Simnan ustanının millət vəkili Firudin Əbbasi verdiyi müsahibəsində əmniyyəti qüvvələrdən bütün millət vəkillərinin telefonlarının izlənilməsini istəyib.
O deyib: “ Vizarət ittilaat və sipah ittilaatı davamlı olaraq millət vəkillərini izləsin. Hətta onların telefonlarını dinləsinlər. Mən bu haqda imza verməyə hazıram”.
“Bu məsələ sizin istiqlalınızı pozmazmı?” sualına “bir vitrində olduğumuzu qəbul etmişiksə şəffaf olmalıyıq” deyə cavab verib. Xatırladaq ki, Firudin Əbbasi Əhmədinəjad cərəyanına bağlıdır.

Related Articles

Bir cavab yazın

Back to top button