İran

Milli fəal Səhənd Məali zindana geri dönüb

Güney Azərbaycanlı milli mədəni fəal Səhənd Məali Sarab zindanına geri dönüb. Bildirək ki, fəal şəhrivərin 3-ü 100 milyon tümən vəsiqə qarşılığında mürəxəsiyə buraxılıb. Buna səbəb zindanda kroronavirusun yayılması olub. O, mürəxəsisinin bitməsi ilə mehrin 2-si zindana qayıdıb. Xatırladaq ki, Səhənd Məali tirin 10-u öz iş yerində intizami məmurları tərəfindən tutuqlanaraq Sarab zindanına köçürülüb. Milli fəal 2 oxşar “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə 1 il və 10 ay həbsə məhkum edilib. O, daha öncə pərvəndə təcmi, yəni mucazat qanunun 134-cü maddəsinin emalı ilə 98-ci ilin 25 dey ayında azad edilib. Ancaq məhkəmə məsulları 99-cu ilin tirin 10-da fəalı yenidən tutuqlayaraq pərvəndəsinin təcmi olmadığını bildiriblər. Səhənd Məali 97-ci ilin tirində Babək qalası mərasimində həbs edilib. Fəal 300 milyonluq vəsiqə qarşılığında müvəqqəti olaraq azad edilib. 92-ci ilin tirində isə “sistemə qarşı” ittihamı ilə fəala 1 il həbsə cəzası verilib

Related Articles

Bir cavab yazın

Back to top button