Azərbaycanİran

Milli fəal Səyad Məhəmmədianın (Ovçu) harada saxlanıldığı hələ də məlum deyil

Ədliyyə orqanlarının Azərbaycan Milli Hərəkatının fəalı Səyad Məhəmmədianın (Ovçu) həbs olunaraq Qızıl Hisar cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı iddiasına baxmayaraq, bu təcridxananın rəhbərliyi onun naməlum yerə köçürüldüyünü açıqlayıb.

Məhəmmədianın ailəsi fəalın statusunu izləmək üçün istintaqa müraciət etdikdən sonra işin müstəntiqi onun harada saxlandığını bilmədiyini və  özünün də fəalla görüşə bilməyəcəyini bildirib.

Qeyd edək ki, mayın 16-da səhər saatlarında 8 mülki geyimli zabit cənab Məhəmmədianın Kərəcdəki evinə basqın edərək onu həbs edib.

Təhlükəsizlik agentləri bu azərbaycanlı fəalın bütün elektron cihazlarını müsadirə edib, həyat yoldaşının telefonunu nəzarətə götürüblər.

Related Articles

Bir cavab yazın

Back to top button