İran

Milli fəal Siyamək Kuşi saxlanılıb

Şənbə günü Təbrizdə başlayan aksiyadan öncə təhlükəsizlik məmurları tərəfindən saxlanılan və bir neçə saatdan sonra sərbəst buraxılan Siyamək Kuşi axçam saatlarında yenidən saxlanılıb.

Kuşinin təhlükəsizlik məmurları tərəfindən saxlanıldığını bildiriən yaxınları onun hara aparıldığı barədə məlumatsız olduqlarını deyiblər.

Bundan öncə 18 oktyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda aparılan hərbi əməliyyatlar zamanı İranın Ermənistana yanacaq və locestik dəstək verməsinə etiraz aksiyalarında iştirak edən Siyamək Kuşi həbs olunmuşdur.

“Ölkənin daxili təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşma və əlbir olmaq”, “ümumi intizam və asayişi pozmaq”da ittiham olunan təbrizli fəal bir müddət sonra girov qarşılığında müvvəqqəti olaraq azadlığa buraxılmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button