İran

MİLLİ FƏAL YENİDƏN ZİNDANA QAYITDI

Milli-mədəni fəal Yusif Kari zindana qayıdıb. O, zindanlarda korona virus təhlükəsi olmasına rəğmən,günorta Xurdad ayının 1-də mürəxəssi müddəti bitdikdən sonra, Ərdəbilin Mərkəzi Zindanına dönüb. Milli mədəni fəalın 2 illik məhkumluq müddəti qalıb.
Yusif Kari 98-ci ilin Şəhrivər ayının 12-də şəxsi geyimdə olan qüvvələr tərəfindən tutulub. O, Ərdəbilin İnqilab Məhkəməsinin I Şöbəsi tərəfindən 6 ilədək həbsə məhkum olunub. Bu hökm Ərdəbil Ustanı Təcdidnəzər Məhkəməsinin 13-cü Şöbəsində 2 il qəti həbsə endirilib. Yusif Kari bu ilin Fərvərdin ayının 12-də vəsiqə qarşılığında mürəxəssiyə göndərilib. Ölkə zindanlarında korona virusunun yayılması ilə azərbaycanlı siyasi və mədəni fəallarının bəziləri mürəxəssiyə göndərildi. Amma İranın əmniyyət və qəzayi məqamları Abbas Lisani, doctor Lətif Həsəni, Tohid Əmir Əmini, Məhəmməd Əbdül Məhəmmədzadə və sair milli məhbusların həbsxanadan çıxmasına izn vermədi

Related Articles

Bir cavab yazın

Back to top button