İran

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxılıb

Ərdəbildə yaşayan güney azərbaycanlı milli-mədəni fəal Əli Vasiqi ordiybehiştin 6-da mürəxəsiyə buraxılıb. O, 50 milyon tümən vəsiqə qarşılığında 1 həftə müddətinədək müvəqqəti azad edilib.
Xatırladaq ki, Əli Vasiqinin kiçik qardaşı Riza Vasiqi də Ərdəbil zindanında saxlanılır. O, avrilin 7-də 80 milyon tümən vəsiqə qarşılığında mürəxəsiyə buraxılıb və avrilin 21-də yenidən həbsxanaya qayıdıb. Ərdəbil zindanının 2-ci bəndində saxlanılan qardaşların hər biri 2 illik həbs cəzasına məhkum ediliblər.
Vasiqi qardaşları 2020-ci il juənin 10-da Ərdəbil şəhərindəki Rəhimtəyyar məhələsinin iş yerlərində əmniyyət məmurları tərəfindən tutuqlanıblar. Saxlanılma zaman onlar məmurlar tərəfindən döyülüblər.
Milli fəallar gecə boltenləri çap edib yaymaqla “ölkənin milli əmniyyətinə qarşı cinayət törətməyə cəhd”də təqsirləndiriliblər.

Related Articles

Bir cavab yazın

Back to top button