İran

MİLLİ FƏAL ƏMİR SƏTTARİ RƏUF ZİNDANA QAYITMAYACAQ

Təbrizin mərkəzi zindanından 99-cu ilin tir ayının 9-da mürəxəsiyə çıxan Azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Rəuf dadqahın icraye əhkam bölümünə müraciət edib. Belə ki, fəalın 5 illik həbs cəzasının 2 ili bitdikdən sonra hökmü təliqə düşüb. Xatırladaq ki, Səttari dey etirazları zamanı 1396-cı ilin dey ayının 11-də əmniyyəti məmurlar tərəfindən döyülərək tutuqlanıb.Təbriz zindanına köçürülən milli fəal 100 milyonluq vəsiqə qarşılığında müvəqqəti olaraq azad edilib. O, 1397-ci ilin xordad ayının 16-ı Təbrizin inqilab dadqahı tərəfindən “əmniyyətə qarşı ictima və təbani” ittihamı ilə 7 ay həbsə məhkum edilib. Beləliklə, Səttari 97-ci ilin tir ayının 19u 7 ay həbs cəzası üçün Təbriz zindanına köçürülüb. Fəal, həbsinin 3-cü ayında yenidən inqilab dadqahı tərəfindən “rəhbərə tohin” ittihamı ilə 6 ay həbsə məhkum edilib. 97ci ilin 29 abanında inqilab dadqahının 11-ci şöbəsi Səttarinin xəbəri olmadan onun 2 pərvəndəsini birləşdirib. Bununla da təcdidnəzər dadqahın 3-cü şöbəsi onun icra halında olan 7 aylıq hökmünü 5 il, 6 aylıq hökmünü isə 2 ilə yüksəldib. Beləliklə, qanunun 134-cü maddəsinə əsasən 5 il həbs cəzası icra edilib. Səttari bu məsələ ilə bağlı bir neçə dəfə namə və etirazın bildirsə də heç bir nəticə əldə etməyib. Davam edən haqsızlığa qarşı 98-ci ilin xordad ayının 20-i etisab-qəzaya başlayıb. Fəal etisabının 4-cü günü zindan məsulları tərəfindən döyülərək oranın özəl bəndinə köçürülüb. Etisaba idamə verən Səttari fəal dadistanın əmri ilə Kərəcin rəcaii şəhr zindanına köçürülüb. Ancaq o, Kərəcin 1-ci iqilab dadqahında Təbriz zindanına qaytarılmasına etiraz edib. Kərəc zindanına getməyəcəyini bildirdikdən sonra ağır durumda olduğu üçün Təbriz zindanına qaytarılıb. Nəticədə fəal məsullar tərəfindən pərvəndəsinə yenidən baxılmağına söz verildiyi üçün etisabına son qoyub.

Related Articles

Bir cavab yazın

Back to top button