İran

Milli fəal Kiyanuş Aslani müvəqqəti azadlığa buraxılıb

Bu gün səhər saatlarında Tehranın Evin zindanında saxlanılan azərbaycanlı milli, mədəni fəal Kiyanuş Aslaniyə mürəxəsi icazəsi verilib. Fəalın Bahar bayramı münasibətilə mürəxəsiyə göndərildiyi bildirilir. Qeyd edək ki, azərbaycanlı fəal Kiyanuş Aslani ilə Tövhid Əmir Əmini 2019-cu il fevriyənin 21-də İranın əmniyət qüvvələri tərəfindən tutuqlanıblar. Fəallar Tehranda Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən mərasimdə poster paylamaları bəhanəsilə həbs ediliblər. Onlar Tehran İnqilab Məhkəməsi tərəfindən “milli əmniyəti pozmaq üçün toplaşma və əlbir olma”, “dövlətə qarşı təbliğ” ittihamları ilə təqsirləndiriliblər. Əmir Əmini 7 il 6 ay, Kiyanuş Aslani isə 5 il həbsə məhkum edilib. Bundan başqa, Kiyanuş Aslani 2 il müddətinə bütün qeyri-dövlət təşkilatlarına üzv olmaq haqqından məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button