İran

Milli fəal Lətif Həsəninin həbs cəzası 6 ilə endirilib

Güney Azərbaycanın tanınmış milli fəalı Doktor Lətif Həsəninin 9 illik həbs cəzası 6 ilə endirilib. Bu barədə 1399-cu ilin 18 deyində Təbriz Dadqostərisinin 11 saylı Təcdide Nəzər şöbəsi qərar çıxarıb. Qeyd edək ki, Lətif Həsəni 1391-ci ildə İranın əmniyyət quvvələri tərəfindən “Yeni Gamohun başqanı” ittihamı ilə tutuqlanıb. O, mühəndis Mahmud Fəzli və Yürüş Mehrəlibəyli, Şəhram Radmehr, Behbud Qulizadə ilə birgə həbs edilib. Həsəni cəzasının 2 ilini Təbriz və Tehranda, 6 ilini isə Kərəcin Rəcayişəhr zindanında çəkib. Bildirək ki, Təbrizin İnqilab Məhkəməsinin 3-cü şöbəsinin hökmü ilə fəal 9 il həbs cəzası alıb. Halbuki, İranın inzibati qanununun 134 nömrəli təcmi:e cəraim bəndinə əsasən, 8 il həbs cəzası çəkməli idi. Beləliklə, Təcdid Nəzər şöbəsinin son hökmünə əsasən milli fəal 2 il artıq həbs cəzası çəkib. Artıq fəal qeyd-şərtsiz azadlığa buraxılmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button