Site icon Aznews TV

Milli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

Bu barədə Molla Abbasi özünün sosial media hesabında paylaşım edib.

İran məhkəməsinin elektron sistemi vasitəsilə göndərilən çağırışda milli fəaldan 5 gün ərzində Əhər şəhərinin İnqilab prourorluğunun 3-cü bölməsinə getməsi istənilib.

O, “yalan məlumat yaymaq”da ittiham olunur.

Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Milli fəal 9 noyabrda 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərəbst buraxılıb.

Exit mobile version