Azərbaycanİran

Milli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərindən olan milli fəal Saleh Molla Abbasi məhkəməyə çağrılıb.

Bu barədə Molla Abbasi özünün sosial media hesabında paylaşım edib.

İran məhkəməsinin elektron sistemi vasitəsilə göndərilən çağırışda milli fəaldan 5 gün ərzində Əhər şəhərinin İnqilab prourorluğunun 3-cü bölməsinə getməsi istənilib.

O, “yalan məlumat yaymaq”da ittiham olunur.

Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Milli fəal 9 noyabrda 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərəbst buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button