İran

Milli fəal Tohid Əmirəmini zindana qaytarılıb

Azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini zindana qaytarılıb. ANT-nin Mətbuat Mərkəzinə daxil olan bilgilərə görə, azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəmini-nin mürəxəsisi bitdikdən sonra şəhri:vərin 16-sı yenidən Evin zindanına qayıdıb. O, Ana dili günü təbrikinə görə 5 il həbs cəzasını çəkir. Fəal bu il mordad ayının 30-da 350 milyon tümənlik vəsiqə ilə mürəxəsiyə buraxılmışdı. Qeyd edək ki, İran hakimiyyəti azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəminini 210 gün təkadamlıq sellolda işgəncə altında saxladıqdan sonra Evin zindanına köçürüb. Azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəmini Uluslararası Ana Dili Günü münasibətilə poster payladığı üçün Kiyanuş Aslani ilə birlikdə yaxalanıb. Tohid Əmirəmini 1398 -ci ilin tir ayında Qa:zi İ:man Əfşarinin başçılığ etdiyi Tehran İnqilab Məhkəməsinin 26 -cı bölüməsi tərəfindən “milli təhlükəsizliyi pozmaq üçün sui -qəsd” və “rejimə qarşı təbliğat fəaliyyəti” ittihamları ilə cəmi 9 il həbs cəzasına məhkum edildi. “36 saylıTehranın təcdid-Nəzər Məhkəməsi Qa:zi Əhməd Zərgərin sədrliyi ilə onun hökmünü 7 il 6 ay həbs cəzasına endirdi. Nəhayət, cəzanı azaldan yeni bir qanuna görə cəza beş ilə endirildi. Tohid Əmirəmini ilə Kiyanuş Aslani Evin zindanının 4-cü bölməsində həbsdə saxlanılırlar.

Related Articles

Bir cavab yazın

Back to top button