İran

MİLLİ FƏAL VƏDUD ƏSƏDİ RƏŞT ZİNDANINA KÖÇÜRÜLÜB

Milli fəal Vədud Əsədi azərin 1-də İttilaat İdarəsinin infiradisindən Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin 2 saylı zindanına köçürülüb.

Bu barədə milli fəal Vədud Əsədi ailəsi ilə qısa müddətli telefon danışığı zamanı bilgi verib.

Əsədinin yaxınları yaxınları azərin 2-də Rəşt şəhərinin Ümumi və İnqilab Dadistanlığının 16-cı bölməsinə müraciət etdiklərini bildiriblər.

Qeyd olunub ki, dadistan onlara qarşı kobud davranıb, fəalın vəsiqə qarşılığında azad buraxılması müraciətinə mənfi cavab verib.

Bu günə kimi ittilaat idarəsi, Rəşt şəhərinin prokurorluğu və məhkəməsindən milli fəala qarşı irəli sürülən ittihamlar barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, abanın 8-i, axşam saat 19.00 radələrində təhlükəsizlik məmurları Vədud Əsədinin evinə basqın edib və milli fəal həmin gün həbs olunub.

Onun saxlanılması barədə heç bir cəlb hökmü təqdim etməyən məmurlar Əsədinin kompüteri və mobil telefonu rləcə də ailə üzvlərinin 4 ədəd mobil telefonunu da özləri ilə aparıblar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətinə görə təhlükəsizlik məmurları tərəfindən hədələnib.

Bununla yanaşı, o, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dəstəyə etiraz etdiyinə, Azərbaycan Ordusuna dəstək çıxışına qatıldığına görə 13 gün müddətində saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button