İran

Milli fəallar Ərdəbil divarlarına şüarlar yazıblar

Xordadın 8-də milli, mədəni fəallar Ərdəbil şəhərində divarlara müxtəlif şüarlar yazıblar. Onlar bu üsulla tanınmış milli fəal Abbas Lisani başda olmaqla güney azərbaycanlı siyasi məhbusların azaldığa buraxılmasını istəyiblər. Divarlarda əsasən “Mən Abbas Lisaninin azadlığına rəy verirəm”, “Mən siyasi məhbusların azadlıq haqqına rəy verirəm”, “Rəyim Abbas Lisaniyədir”, “Azərbaycan xalqının seçilmiş nümayəndəsi zindandadır” kimi şüarlar yer alıb. Bildirək ki, faşizm sistemi, İranda türk və başqa etniklərdən olan fəalların siyasi, mədəni fəaliyyətinə qoyulan ciddi məhdudiyyətlər, çox sayda fəalın siyasi baxışlarına görə zindanlara salınması millətin prezident seçkilərinə baxışını dəyişdirib. Hakimiyyət seçki təbliğatı və oyunundan yalnız qanunilik qazanmaq vasitəsi kimi istifadə etməyə çalışır.
Həbsdə olan azərbaycanlı siyasi məhbuslardan biri də tanınmış fəal Abbas Lisanidir. O, 1397-ci ilin dey ayının 25-də Təbrizdə tutuqlanaraq Ərdəbil zindanına aparılıb. Sifarişli və ədalətsiz məhkəmədə qondarma ittihamlarla 15 il həbs cəzasına məhkum edilib. 1399-cu ilin mehrindən bəri Abbas Lisaniyə qarşı basqılar artıb. Fəala yaxınları ilə görüşə və telefon danışığına icazə verilmir. Abbas Lisani koronavirusun geniş yayıldığı bir vaxtda düzgün tibbi xidmətdən məhrum edilib, girov qoyulmasına baxmayaraq, “yuxarılardan yazılı əmr gəlməyib” bəhanəsi ilə müalicə murəxəsisinə göndərilməyib. Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslam Cəzası Qanununda həbs cəzalarını azaltma maddəsindən faydalanmasını rədd edib. Qeyd edək ki, Uluslararası Əfv Təşkilatı Abbas Lisani ilə bağlı iztirari hərəkət kəmpeyni başladıb, siyasi məhbusun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış edib. Artıraq ki, Abbas Lisaninin həbsi və ona qarşı edilən basqılarda əsas qərar verən şəxslərdən biri Ərdəbil Daadqustərisinin keçmiş başçısı Nasir Ətəbati olub. O, ötən həftə Batı Azərbaycan Daadqustərisinin başçısı təyin edilib.

Related Articles

Bir cavab yazın

Back to top button