İran

Qərbi Azərbaycanın sərhəd keçid məntəqələrində sərnişinlər yoxlanılır

İsfənd ayının 25-dən başlayaraq Qərbi Azərbaycan əyalətinin 6 mərz keçid məntəqəsində koronavirusa yoluxanların bəlli edilməsi məqsədilə tərhlər icra olunur. Qərbi Azərbaycanın Qızıl Aypara Cəmiyyəti amil müdirinin sözlərinə görə, Urmunun Beyəlmiləl Hava Limanı, Bazərqan, Razi, Sero, Təmərçin və Kilə mərz keçidində müsafirlərin bədən hərarətləri yoxlanılır. Əmir Cəfərzadə bildirib ki, müsafirləri kontrol etmə əməlliyyatı Qızıl Aypara Cəmiyyətinin yardımçıları tərəfindən icra olunur. 1399-cu ilin 25 isfəndindən bəri 66 nəfərlik əməliyyat məmuru tərəfindən quru və hava mərzindən daxil olan 2152 müsafir koronavirus testindən keçirilib. Müsbət nəticə olmadığına görə, müvəqqəti qərəntinə tətbiq olunmayıb. Qızıl Aypara Cəmiyyəti yardımçılarının kontrol əməliyyatı fərvərdin 15-ə kimi davam edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button