İran

MİLLİ FƏALLAR SƏMƏD BEHRƏNGİNİN MƏZARINI ZİYARƏT ETDİ

Tir ayının 2-si tanınmış yazıçı Səməd Behrənginin anadan olduğu gündür. Bu gün münasibəti ilə gənc fəallar onun məzarını ziyarət etmək istəyib. Lakin bunun qarşısı alınıb.
Belə ki, Tir ayının 2-si Təbriz şəhərində gənclər tərəfindən qurulan anım mərasiminin keçirilməsinə icazə verilməyib. Səməd Behrənginin doğum gününü əzizləmək üçün İmamiyyə məzarlığının qapısını bağlı görən fəallar öz məqsədlərinə çatmaq üçün arxa qapıdan icəri giriblər.Onlar “Balaca qara balıq”ın yaradıcısının xatirəsini yad edib. Məzarı başına gül və bir neçə kitabını qoyublar. Milli fəallar onunla bağlı xatirələrini bölüşüb..
Xatırladaq ki, Səməd behrəngi Tirin 2-si Təbrizin Çərəndab məhləsində anadan olub. O, 1342-ci ildə Azərbaycan Türkcəsində məktəblilər üçün dərslik hazırlayıb. İctimaii müntəqid, uşaq hekayələri yazarı və Azərbaycan folkolorunun araşdırmaçısı olan Səməd Behrəngi bir çox kitabları ilə məşhurdur. Onun “Ulduz və qarğalar”, “Ulduz və danışan Qolçaq”, “Çuğundursatan Uşaq”, “Koroğlu və Həmzə”kimi əsərlərini bu gün də balaca oxucular sevərək, böyük həvəslə oxuyur.

Related Articles

Bir cavab yazın

Back to top button