Azərbaycanİran

Milli fəalın yaşlı anası və bacısı həbs ediliblər

Şərqi Azərbaycan əyalətinin Məlikan (Məlikkəndi) şəhərində Firəngiz Fəthi və onun qızı Əkrəm Koxian polislər tərəfindən həbs ediliblər.

Bu barədə yerli insan haqları fəalları məlumat yayıblar. Bildirilib ki, mayın 12-də çox sayda mülki geyimli polislər qadınların şəxsi mənzilinə hücum ediblər. Evdə axtarış aparılıb və adıçəkilən xanımlar tutularaq naməlum yerə aparılıblar.

Bununla yanaşı, evdə olan bir sıra əşyalar, o cümlədən kompüter və mobil telefonlar müsadirə olunub.

Qeyd edək ki, Firəngiz Fəthi və Əkrəm Koxian Almaniyada yaşayan Azərbaycan Milli Hərəkatının fəalı Mehdi Koxianın anası və bacısıdırlar.

Related Articles

Bir cavab yazın

Back to top button