Azərbaycanİran

Milli-mədəni fəallar həbs edilib

Avqustun 27-də Güney Azərbaycanın bir neçə şəhərində milli fəallar həbs edilib.

Bu barədə fəalların yaxınları və insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Ərdəbil şəhərində Züleyxa Qazizadə, Mehrdad Şeyxi, Təbrizdə Kərim İsmayılzadə  təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Bununla yanaşı, Miyana şəhərində yaşayan ədəbiyyatçı və şair Məhəmməd Şeyxülislami də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Həbs edilən fəalların hara aparıldığı və nədə ittiham olunduqları haqda açıqlama verilməyib.

Eyni zamanda, insan haqları təşkilatları Xoy, Ərdəbil və Təbrizdən olan daha bir neçə fəalın ETTELAAT idarələrinə çağırıldığı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Təbrizdə Yaşar Həsənpur, Ərdəbildə Əfşin Sübhi və Xoy şəhərində Cəfər Əkbəriyə zəng edilib, onlardan Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölmələrinə getmələri istənilib.

Ərdəbildə Əfşin Sübhinin evinə basqın edildiyi, fəal evdə olmadığına görə həbs olunmadığı bildirilib.

Hökumət məmurları Ərdəbil şəhərində yaşayan milli fəallar Yusif Kari və Fərşid Piçqanlının evlərinə də hücum ediblər.

Adı çəkilən fəalar evdə olmadıqlarına görə  həbs edilməsələr də,  evlərində axtarış aparılıb, ailə üzvlərindən onların tapılması və təhlükəsizlik idarəsinə gəlmələri  tələb edilib.

qeyd etmək lazimdir 27 Agustusda tutuqlananlarin siyahisi bundan ibarətdir

Yaşar Həsənpur
Yusif Kari
Fərşid Piçqanlu
Məhəmməd Şeyxül-İslami
Zülixa Qazizadə
Mehrdad Şeyxi
Behnam Şeyxi
Kərim İsmayılzadə
Həbib Nigəhban
Şahin Bərzigər
Möhsün İbrahimi
Araz Süleymani
Məhəmməd Rza Məhərrəmi
Umid Mustafazadə
Sima Əlipur

Related Articles

Bir cavab yazın

Back to top button