İranSağlıq & Yaşam

“Miss İran”qorxudan hava limanında yaşayır: İranda məni öldürəcəklər

Sabiq “Miss İran” gözəllik yarışmasının qalibi Bahare Zarə Bahari bir həftədir ki, Filippinin paytxatı Manilada yerləşən hava limanında qalır və bu ölkədən sığınacaq almaq üçün mübarizə aparır.

Aznews.tv xəbər verir ki, qız İrana deportasiya edilməkdən qorxur, çünki onu orada ya edam, ya da uzunmüddətli həbs gözləyir.

Baharenin sözlərinə görə, bu onun İran hökümətinə qarşı çıxan fəalları dəstəkləməsi ilə bağlıdır.

Qeyd edək ki, Filippində şəxsiyyəti məlum olmayan iran vətəndaşı Baharenin ona hücum etdiyi barədə şikayət edib.

Qız bu ittihamları yalan adlandırıb. Onun sözlərinə görə, bu cür addımlarla İran höküməti ona qarşı saxta məhkəmə işi hazırlayıb ölkəyə deportasiya etmək istəyir.

Ötən il Manilada keçirilən “Miss İnterkontinental” yarışmasında Bahare Reza Pəhləvinin şəkli olan plakatı əllərində tutub.

Qeyd edək ki, Reza Pəhləvi, rus və Britaniyanın köməyi ilə qanuni Qacar sülaləsini devirib İranın taxtına oturan saxta sülalənin davamçısı və saxta vəliəhddir.

“Mən yarışmada onun şəklini qaldırmışam və onlar buna görə acıqlıdırlar. Əgər məni deportasiya etməyə nail olsalar, edam olunmadığım təqdirdə ən azı 25 il həbs cəzası alacam”, – deyə o, bildirib.

Bahare saxlanıldığı zaman Manilanın beynəlxalq hava limanında olub. Onu İranın sürətli şəkildə İnterpol vasitəsi beynəlxalq axtarışa verməsi səbəbindən saxlayıblar. Sabiq “Miss İran” oktyabrın 17-i Filippinə ərazisinə daxil olmağa çalışıb. Lakin o zamandan bəri hava  limanını tərk etməyib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button