Azərbaycan

Şərqi Azərbaycanda un qıtlığı yaranıb

Şərqi Azərbaycan əyalətində un qıtlığı yaranıb. Bu barədə əyalətin Sənaye, Mədən və Ticarət Palatasının başçısı Nasir Pərniyan məlumat verib.

Nasir Pərniyan unun qiymətinin bir neçə dəfə artığını deyib. Onun sözlərinə görə, bu səbəbdən un məmulatları, makaron istehsal edən müəssisələr istehsalı azaldıb, nəticədə qıtlıq yarandığını deyib.

“Bundan öncə kiloqramı 2600 tümən olan sənaye ununun qiyməti ani sıçrayışla 12 min tümənə yüksəlib və palata qiymətlərin tənzimlənəsi üçün planlar hazırlamaqdadır”-deyə, Pərniyan bildirib.

Qeyd edək ki, özəlliklə son bir ay ərzində un bahalaşdığı üçün İranın əksər bölgələrində çörək və un məmulatlarının qiyməti bir neçə dəfə artıb və bu vətəndaşların etirazları ilə qarşılaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button