Moləvi Əbdülhəmid Zahidanda Cümə namazı xütbələrində vurğuladı: “Məhbusa təzyiq etmək haramdır. Məhbusu alçaltmaq, təhqir etmək olmaz. Hər bir insana hörmət edilməlidir. Bütün insanların ləyaqəti var. Din bunları demir”.
Moləvi Əbdülhəmid ayrıca dedi: “Məhkum təhqir edilməməlidir. Məcburi etiraf məhbusun hüququnun pozulmasıdır. Bu, İslamın və dinin dediyi bir şey deyil”.
İslam Respublikasının tənqidçilərlə davranış təcrübəsini tənqid edən cənab Əbdülhəmid dedi: “Tənqidçiləri həbs etməyin. Tənqid ölkənin dərmanıdır. Ən böyük problem tənqid qapılarının bağlı olmasıdır. Yazıçılar, jurnalistlər öz problemlərini ifadə etməkdə sərbəst olmalıdırlar.”
Zahidanın Sünni Cümə imamı ayrıca deyib: “Xalq hökuməti istəmirsə, (hökumətin) dəyəri yoxdur. Hökumətin dəyəri xalqa xidmət etmək və məzlumun haqqını almaqdır”.
Cənab Əbdülhəmid ötən həftə Zahidanda “Qanlı Cümə”nin 300 yaralısı ilə keçirdiyi görüşünə toxunaraq dedi: “Bəzilərinin gözü yoxdur, ayaqları kəsilib. Onurğa beyni qırılıb. Bu hərəkətləri törədənlər mühakimə olunmalıdır”.
Cümə namazından sonra çoxlu Zahidan əhalisi küçəyə çıxıb və İslam Respublikası hökuməti, Rəhbər, İnqilab Keşikçiləri və Bəsic əleyhinə şüarlar səsləndiriblər. Bu etirazlar hökumətin sərt repressiyalarına və Zahidanda ciddi təhlükəsizlik mühitinə baxmayaraq hələ də davam edir.
İlkin məlumata görə, etirazçılar “Bu illər ərzində edam cinayəti bu əyalətdə”, “Xameneiyə ölüm” və “Təcavuz cinayət ölüm olsun bu vilayətə” kimi şüarlar səsləndiriblər.