Azərbaycan

“Molla rejimi soydaşlarımıza qarşı vəhşiliklərə son qoymalıdır”-AY Partiya İrana etiraz etdi

Azərbaycan Yüksəliş Partiyası İranda etirazçı insanlara qaşrı edilən vəhşiliklərlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

“Son bir ayda cənub qonşumuz İranda baş verən faciəvi hadisələr, gənc qızların öldürülməsi ilə müşahidə olunan etiraz aksiyaları və xüsusən də, Cənubi Azərbaycan əhalisinin, can bir, qan bir qardaş və bacılarımızın bu münaqişələr zamanı qətlə yetirilməsi hər bir azərbaycanlı kimi Azərbaycan Yüksəliş Partiyasının üzvlərini də dərindən sarsıdır və narahat edir.

Bu qanlı olaylar hər bir Azərbaycan vətəndaşının yaddaşında dərin izlər buraxır”.

May be an image of text

AY partiya bəyan edib ki,  molla rejiminin xüsusi vəhşiliklə soydaşlarımıza, gənc bacı və qızlarımıza qarşı yürütdüyü qeyri-insani üsullarla üsyanı yatızdırma cəhdləri yolverilməzdir:

“Aldığımız məlumatlara görə, etirazlar zamanı onlarla 14 – 30 yaş arası gənc qız və qadın soydaşımız qətlə yetirilib.

Qeyd edək ki, İranda insanlıq adına törədilən bu vəhşilik insan hüquq və azadlıqlarına dair beynəlxalq konvensiyaların, qanunvericiliyin kobud şəkildə pozulmasıdır və Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr, eləcə də, dünya ictimaiyyəti İranda baş verən qanlı hadisələrə, humanitar böhrana laqeyd və seyrçi qalmamalı, ciddi təpki göstərməlidir.

Azərbaycan Yüksəliş Partiyası olaraq İran molla rejiminə qəti şəkildə etirazımızı bildirir və dərhal bu kimi qəddar üsullara, törədilən vəhşiliklərə, insanlıq adına ləkə olan polis müdaxilələrinə son qoymağa çağırırıq”.

Related Articles

Bir cavab yazın

Back to top button