![](https://www.aznews.tv/wp-content/uploads/2022/06/lliml-rin-oordinasiya-uras-ran-eyn-lxalq-m-k-kilat-ndan-xarma-a-780x470.jpg)
Məktub müəllifləri bildiriblər ki, bu müraciətə səbəb İran hökumətinin təşkilatlara və həmkarlar ittifaqı fəallarına qarşı repressiyalarının davam etdirilməsidir.
Şura həmçinin Beynəlxalq Əmək Təşkilatının 100-cü sessiyasında əmək və həmkarlar ittifaqı nümayəndə heyətlərini İran hökumətinin müəllimlərə, işçilərə və həmkarlar ittifaqlarına qarşı son repressiyalarına cavab verməyə çağırıb.
Məktubda mayın 1-dən etibarən bir çox həmkarlar ittifaqı fəalı, müəllim və etirazçının “milli təhlükəsizliyə qarşı hərəkət” kimi “əsassız” ittihamlarla həbs edildiyi qeyd olunub.