İran

İranda bələdiyyə məmurlar tərəfindən vəhşicəsinə döyülən səyyar satıcı huşunu itirdi

"Aznews tv" xəbər verir ki, hadisə İranın Rey şəhərində baş verib.

İranda öz pikap  avtomobili ilə küçələrdə meyvə sataraq dolanmağa çalışan kişi bələdiyyə məmurları tərəfindən vəhşicəsinə döyülüb.

“Aznews tv”xəbər verir ki, hadisə İranın Rey şəhərində baş verib.

Hadisə zamanı kənarda duran bir nəfər bələdiyyə məmurları tərəfindən amansızcasına döyülən kişiyə yardım etmək üçün hadisə yerinə gəlib onu ayağa qaldırmağa çalışarkən məmurlar onun üzünə gözyaşardıcı qaz vurublar.

Əldə olunan məlumata görə, köməyə gələn şəxs qazın təsirindən huşunu itirərək yerə yıxılıb.

Videoda hadisə şahidlərindən biri deyir ki, huşunu itirən şəxsi xəstəxanaya çatdırmaq üçün artıq yarım saatdan çoxdur ambulans gözləyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button